Çərşənbə axşamı, 05 Dekabr 2017 22:47

General Cəfəri: Səudiyyəlilər ABŞ-ın əmri ilə müsəlmanlar arasında təfriqə salırlar

General Cəfəri: Səudiyyəlilər ABŞ-ın əmri ilə müsəlmanlar arasında təfriqə salırlar

İslam İnqilabının keşikçiləri Korpusunun komandanı səudiyyəlilərin Amerikanın əmri ilə müsəlmanlar arasında təfriqə saldıqlarını bildirərək deyib: Səudiyyəlilərin regionda destabillik yaratmaqda hansı mənfəət əldə etmələri bəlli deyil.

İslam İnqilabının keşikçiləri Korpusunun komandanı General Palkovnik Məhəmmədəli Cəfəri bu gün Tehranda Sepahın quru qoşunlarının 4 min 150 abadlıq layihəsinin açılışı mərasimində deyib: Səudiyyəlilər regionda müsəlmanların ən böyük düşməni olan sionistlərlə eyni istiqamətdə hərəkət edirlər. 

General Cəfəri deyib: Təəssüflər olsun ki bu gün regionun müsəlman sakinli bir ölkəsi Amerika və sionist rejimin əmri əsasında İraq, Suriya, Yəmən, Livan və İranla qarşı-qarşıya durur.

İslam İnqilabının keşikçiləri Korpusunun komandanı Yəməndə yəmənli mübarizlər və Ənsarullaha qarşı son məkirli plana toxunaraq deyib: Bu plan nütfədə boğuldu.  

Şərh yaz


Məxfi kod
Yenilə