Çərşənbə axşamı, 05 Dekabr 2017 17:49

İslam inqilabının böyük rəhbəri bəzi məhkumların cəzalarının azaldılması yaxud əfv edilməsi ilə razılaşıblar

 İslam inqilabının böyük rəhbəri bəzi məhkumların cəzalarının azaldılması yaxud əfv edilməsi ilə razılaşıblar

Böyük islam peyğəmbərinin(s.ə) və imam Cəfər Sadiqin(ə) viladətinin ildönümü günü ərəfəsində islam inqilabının böyük rəhbəri ümumi və inqilab məhkəmələrində, silahlı qüvvələrin məhkəmə təşkilatında və dövlət cəza təşkilatında barələrində hökm çıxarılmış 1007 nəfərin cəzasının yumşaldılması, başqa cəzaya çevrilməsi yaxud əfv edilməsi təklifi ilə razılaşıblar.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani islam inqilabının böyük rəhbərinə məktubunda Məhkəmə Hakimiyyətinin mərkəzi əfv komissiyasında əfv edilmək şəraitinə malik olduqları müəyyənləşdirilmiş sözü gedən məhkumların əfv edilməsi yaxud cəzalrının azaldılması təklifini vermişdi. Bu təklif Konstitusiyanın 110-cu maddəsinin 11-ci bəndinin icrası çərçivəsində təqdim olunur. İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu təkliflə razılaşıblar. 

Sabah rəbiül-əvvəl ayının 17-i əziz islam peyğəmbəri Həzrət Muhəmməd Müstafanın(s.ə) və İmam Cəfər Sadiqin(ə) viladətinin ildönümü günüdür. 

Şərh yaz


Məxfi kod
Yenilə