Çərşənbə axşamı, 05 Dekabr 2017 17:15

İranın güləş federasiyasının sədrinin Netanyahuya cavabı

İranın güləş federasiyasının sədrinin Netanyahuya cavabı

İranın Güləş Federasiyasının sədri sionist rejimin baş nazirinin sözlərinə cavab olaraq deyib: İran xalqı sizin və sizinlə eyni fikirdə olanların İranın düşməni olduğu barədə eyni mövqedədir.

 

 

Sionist rejim baş naziri Benyamin Netanyahu özünün Tvitter səhifəsində bir video mesajda iranlı güləşçinin ümumdünya yarışlarında bu rejimin nümayəndəsi ilə rəqabətdən çəkindiyinə görə qəzəbləndiyini bildirmişdir. 

Polşada keçirilən 23 yaşınadək güləş üzrə dünya çempionatı yarışlarında 86 kq çəki dərəcəsində iştirak etmiş iranlı güləşçi Əlirza Kərimi sionist rejimin nümayəndəsi ilə rəqabətdən imtina etmişdi. 

İran Güləş Federasiyasının rəhbəri Rəsul Xadim bir mesajda sionist rejimin illər boyu İran xalqı ilə düşmənçilikdən sonra hələ İran xalqını tanımadığını bildirərək deyib: Bütün etnik və dini qruplar, düşüncələr və baxışlar daxil İran xalqı öz düşməni qarşısında vahid mövqedədir və düşmənləri öz məqsədlərinə çatmaqda nakam qoyur. 

Şərh yaz


Məxfi kod
Yenilə