Çərşənbə axşamı, 05 Dekabr 2017 16:43

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya gedib

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya gedib

İranın rabitə və informasiya texnologiyaları naziri bu gün səhər Regional İqtisadi Əməkdaşlıq Təşkilatına(EKO) üzv ölkələrin nazirlər iclasında iştirak etmək üçün Azərbaycan Respublikası paytaxtı Bakıya daxil olub.

 

 

Məhəmməd Cavad Azəri Cəhromi Bakı Beynəlxalq Hava Limanında İRİB müxbirinə verdiyi müsahibədə deyib: Bu gün günortadan sonra keçiriləcək EKO-ya üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin ikinci iclası üçün kənd təsərrüfatı, təlim və sağlamlıq əsasında informasiya texnologiyalarının inkişafı mövzusunda müştərək əməkdaşlıq sənədi tənzimlənib ki, lazımı araşdırmalardan sonra qəbul etdiriləcək. 

Azəri Cəhromi bu iclasda Azərbaycan Respublikası, Rusiya və iclasda iştirak edən digər ölkələrin nazirləri ilə qarşılıqlı görüşlərin də onun Bakı səfəri proqramına daxil olduğunu bildirib. Cəhromi deyib: Bu görüşlərdə qarşılıqlı olaraq rabitənin inkişafı mövzusu müzakirə ediləcək. 

Şərh yaz


Məxfi kod
Yenilə