Çərşənbə axşamı, 14 Noyabr 2017 14:20

İran prezidenti zəlzələdən zərərçəkmiş Kermanşah ostanına səfər edib

İran prezidenti zəlzələdən zərərçəkmiş Kermanşah ostanına səfər edib

İran İslam Respublikası prezidenti bu gün səhər zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək məqsədilə Kermanşah ostanına səfər edib.

İRNA-nın məlumatına görə, İranın qərbində zəlzələnin baş verdiyi andan ordu və dövlət orqanları başçıları zəlzələdən zərərçəkmiş məntəqələrə səfər edərək, xilasetmə əməliyyatlarının sürətləndirilməsinə yaxından nəzarət edirlər. 

İndiyə kimi zəlzələ nəticəsində 423 nəfərin həyatını itirdiyi, 7 mindən çox insanın isə yaralandığı bildirilir. 

Kermanşah ostanı Məhkəmə Ekspertizası İdarəsinin ən son məlumatına görə, zəlzələ nəticəsində Sərpol Zəhabda 316, İslamabade Qərbdə 22, Kerənddə 14, Qəsre Şirində 28, Cəvanrudda 3, Səlasda 15, Kermanşahda isə 25 nəfər həyatını itirib. 

Şərh yaz


Məxfi kod
Yenilə