Bazar ertəsi, 13 Noyabr 2017 18:59

Tehran digər ölkələrin daxili işlərinə müdaxilə etmir

Tehran digər ölkələrin daxili işlərinə müdaxilə etmir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikasının prinsipial siyasətinə əsasən Tehran heç bir vəchlə digər ölkələrin daxili işlərinə müdaxilə etmir.

İRİB-nin verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün bazar ertəsi yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında İranın daim Livanda sülh, sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu vurğulayaraq, deyib: Livanın baş naziri Səəd Həririnin öz vəzifəsindən istefa verməsi məsələsi Livanın daxili məsələsidir. 

B.Qasemi Ərəbistanın Ərəb Liqasından İranla bağlı təcili fövqəladə iclas təşkil etməsini istəməsi barədə də deyib: Ərəbistan tərəfindən atılan bu kimi addımlar yeni deyil və Ali-Səud başçıları daxili və xarici problemlərinə, ardıcılı uğursuzluqlarına görə, ümumi fikri İrana qarşı yönəltməyə çalışırlar. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü ötən bir ildə yaşanan hadisələrin Ərəbistanın regionla bağlı bütün siyasətlərinin iflasa uğramasına dəlalət etdiyini deyərək, əlavə edib: Ərəb Liqasının növbəti iclasının da Ərəbistana bir xeyri olmayacaq. Çünki, region ölkələri də regionda cərəyan edən hadisələri diqqətlə izləyirlər. 

Bəhram Qasemi Ərəbistanın Livanda vəkalət savaşının başladılması üzrə səylərinə gəlincə deyib: Fərziyyələrə əsasən mövqe bildirmək olmaz. Amma, İranın siyasəti ölkələrin daxili işlərinə müdaxilə etməmək və problemlərin danışıqlar yolu ilə həll edilməsini tövsiyə etməkdir. 

Şərh yaz


Məxfi kod
Yenilə