Bazar ertəsi, 13 Noyabr 2017 18:11

İnqilab Rəhbəri: Böyük Ərbəin hadisəsi Allah yolunda cihad və şəhadət ruhunun genişlənməsi nişanəsidir

İnqilab Rəhbəri: Böyük Ərbəin hadisəsi Allah yolunda cihad və şəhadət ruhunun genişlənməsi nişanəsidir

İslam İnqilabının Böyük Rəhbəri böyük və heyrətamiz Ərbəin yürüşü hadisəsini alqışlayaraq, zəvvarların ziyarətlərinin və dualarının qəbul edilməsi duası ilə bu mərasimin təşkilatçılarına təşəkkür ediblər.

Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Şərqi Azərbaycan və Qum ostanlarının mədəniyyət xadimləri və məsul şəxsləri ilə görüşdə böyük Ərbəin yürüşünü Allah yolunda cihad və mübarizə ruhunun genişlənməsi və şəhadətə hazırlığın bütün islam dünyasında yayılmasının nişanəsi adlandırıblar. 

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dünyanın müxtəlif məntəqələrindən gəlmiş bu qədər böyük insan kütləsinin terrorizm təhlükəsinə rəğmən bir araya gəlməsi böyük bir hadisə və Allah yolunda mübarizə təfəkkürünün yayılmasının nişanəsidir. 

İnqilab Rəhbəri ilahi və mənəvi Ərbəin yürüşü hadisəsini misilsiz və vəsfə gəlməz adlandırıb və deyiblər: Bu böyük yürüşün təşkil edilməsinə şərait yaratmasına görə, İraq hökumətinə, İmam Hüseyn(ə) zəvvarlarını bu qədər böyük sevinc və şövqlə qarşıladığı üçün əziz İraq xalqına, mərasimin təhlükəsizliyini təmin edən iraqlı mübariz gənclərə, Həşdüşşəbiyə(könüllü xalq qüvvələri) və təhlükəsizlik tədbirlərini koordinasiya edənlərə habelə, Nəcəf və Kərbəla şəhərlərindəki müqəddəs məkanların idarə heyətlərinə ürəkdən təşəkkür edir və Allahdan onlara bərəkət diləyirəm. 

Ötən cümə axşamı, 20 səfər 1439-cu hicri qəməri ili, 9 noyabr 2017-ci il tarixi İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı gününə yəni, Ərbəinə təsadüf edib. 

Milyonlarla iraqlı və xarici zəvvar Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlada bir araya gəlmişdi. Bu il İran İslam Respublikasından da 2 milyondan çox zəvvar Ərbəin mərasiminə qatılmışdı.  

Şərh yaz


Məxfi kod
Yenilə