Çərşənbə axşamı, 17 Oktyabr 2017 16:15

İran və İraq səhiyyə rəsmiləri iclas keçirəcək

İran və İraq səhiyyə rəsmiləri iclas keçirəcək

İranın İlam ostanının Tibb Elmləri Universitetinin rektoru deyib: Sabah Mehran sərhəd məntəqəsində İran İslam Respublikası və İraq səhiyyə nazirliklərinin yüksək səviyyəli rəsmilərindən ibarət heyətlər arasında görüş keçiriləcək.

 

 

Əli Delpişə İRNA-ya deyib: Bu iclasda İmam Hüseyn(ə) zəvvarlarına səhiyyə xidmətlərinin təqdimi, təcili tibbi yardımların idarə edilməsi, yoluxucu və yoluxmayan xəstəliklərlə mübarizə mövzuları araşdırılacaq. 

Delpişe deyib: Mehran iclasında İran və İraq arasında səhiyyə və müalicə sahəsində müştərək əməkdaşlıq memorandumu da imzalanacaq. 

Ötən ilin ərbəinində 2 milyon 400 min zəvvar Mehran sərhəd məntəqəsindən keçərək İmam Hüseynin(ə) ərbəin mərasimində iştirak etmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə