Çərşənbə axşamı, 10 Oktyabr 2017 20:30

İranın rabitə muzeyi

İranın rabitə muzeyi

Müraciət və müraciətin çatdırılması sosial bir ehtiyac kimi şəhər həyatının başlanmasından bəri daim gündəmdə durub və poçt bu ehtiyacı təmin edən bir amil kimi qədim zamanlardan bəri ictimai həyatda təyinedici rol oynayıbdır.

 

 

Poçt insanlar arasında ən qədim və ən geniş rabitə növüdür.

İranda poçt fəaliyyətləri üç min illik bir keçmişə malikdir və bəzi tarixçilər iranlıları poçt əlaqəsinin ixtiraçıları hesab edirlər. 1969-cu ildən bəri hər ilin 9 oktyabrı beynəlxalq poçt günü kimi qeyd olunur və hazırda 170-dən yuxarı ölkə bu birliyə üzvdür və İran da 1256-cı günəş ilindən bəri 29-cu üzv kimi bu birliyə qatıldı. Beynəlxalq poçt gününü bəhanə tutaraq, rabitə muzeyinə getdik. Burada poçtdan tutmuş rabitəyədək hər şeyi yaxından duymaq olar. Keçmişə,  çaparlar dövrünə səfər etmək olar...

Rabitə muzeyi! İlk poçt və teleqraf muzeyi!

Əli Əkbər Nəsrabadi- Rabitə muzeyinin direktoru:

1990-cı ilin yanvar-fevral aylarında ölkədə rabitə dəyişikliyini seyr, həmçinin poçt və rabitə tarixini təqdim etmək məqsədilə poçt muzeyi adı altında fəaliyyətə başladı.

Bu bina Tehran Milli Bağında təsis olunub. Radio salonunda ötən doxsan ildə Avropa ölkələrində düzəldilmiş və İrana daxil olmuş radio nümunələri saxlanır. Poçt əşyaları salonunda pəhləvi dövrünə məxsus poçt qutuları, müxtəlif əl ştampları, ölkə xaricindəki poçt idarələrində istehlak edilmiş ştamp nümunələri, Qacar dövrünə məxsus ştamp, markanın  əl və elektrik ştamplama cihazları, qədim makina, müxtəlif poçt tərəziləri, müxtəlif ölkələrin poçt qutusu nümunələri, poçt bağlamalarının daşınması tərzi və müxtəlif ölkələrin poçt işçilərinin rəsmi geyim numunələri saxlanır.

Rabitə muzeyi tarixi və qədim əsərlərə maraq göstərənlərin gəzintisi üçün münasib bir məkandır. Bu muzeydə ölkədə informasiya texnologiyası və rabitənin keçmişi ilə bağlı çoxlu sayda əsər təqdim olunur və bunlar tarix boyu bu mövzunun təkamül prosesini göstərir.

Şərh yaz


Məxfi kod
Yenilə