Çərşənbə axşamı, 10 Oktyabr 2017 19:05

General Soleymani: İraq Kürdüstanındakı hazırkı böhran Talibani şəxsiyyətinin boşluğundan qaynaqlanır

General Soleymani: İraq Kürdüstanındakı hazırkı böhran Talibani şəxsiyyətinin boşluğundan qaynaqlanır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı vurğulayıb: İraq Kürdüstanındakı hazırkı böhran İraqın keçmiş prezidenti Cəlal Talibaninin şəxsiyyətinin mövcudluğu boşluğundan qaynaqlanır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani Cəlal Talibaninin vəfatı münasibətilə verdiyi başsağlığı müraciətində İraqın keçmiş prezidentinin vəfat etməsindən təəssüflənərək, yazıb: Talibani böyük bir şəxsiyyət idi və daim İraqın istiqlaliyyəti və birliyini nəzərdə saxlayırdı. O, bu qənaətdə idi ki, bütün iraqlı etnoslar və məzhəblərin hüquqları vahid bir ölkə formasında əsas qanunda nəzərdə tutulmalı və yerləşdirilməlidir.

General Soleymani əlavə edib: Talibani öz strategiyasında İslam dünyasını bu strategiyanın sığınacağı və İran İslam Respublikası xüsusiyyət təşkil etməklə qonşu ölkələri də bu strategiyanın dərinliyi hesab edirdi, buna görə, bütün çəkişmələr və böhranlarda bu iki cəhət, onun nəzərdə tutduğu keçilməz qırmızı xətt sayılırdı və o, bunu qoruyub saxlayırdı.

Cəlal Talibani uzun sürən xəstəlikdən sonra 2017-ci il oktyabrın üçündə səksən dörd yaşında Almaniyada vəfat etdi.

Şərh yaz


Məxfi kod
Yenilə