Çərşənbə axşamı, 19 Sentyabr 2017 17:57

Laricani: İran sərhədlərində davamlı təhlükəsizlik hərbi qüvvələrin sayəsindədir

Laricani: İran sərhədlərində davamlı təhlükəsizlik hərbi qüvvələrin sayəsindədir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı ilə sərhədlərdə düşmənlərin bütün məkrli planları zərərsizləşdirilib.

 

 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə axşamı günü Qərbi Azərbaycan sərhədləri ilə yaxından tanış olarkən İran sərhədlərinə hakim təhlükəsizliyi davamlı qiymətləndirib və deyib: Hüquq-mühafizə qüvvələrinin iştirakı ilə İran sərhədləri şər, düşmən və əks-inqilabçı ünsürlərdən təmizlənib və İran İslam Respublikası güclü və yaxşı təhlükəsizliyə malikdir. 

Düşmənlə mübarizənin əsas prinsiplərindən hüquq-mühafizə qüvvələrinin ayıq-sayıqlıq və hazırlığı adlandıran Laricani əlavə edib: İslam İnqilabı Keşikçilər Korpusu Sepah və digər silahlı qüvvələrin ayıq-sayıqlığı və hazırlığı sayəsində İslam İnqilabı düşmənlərinin İslam Respublikası sərhədlərinə təcavüz etmək cəsarəti yoxdur. 

Laricani düşmənlərin təhdidləri ilə mübarizədə İran hərbi qüvvələrinin hazırlığını alqışlayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎