Cümə axşamı, 14 Sentyabr 2017 08:55

Rusiya İranın nüvə anlaşmasına sadiq qaldığını vurğulayıb

Rusiya İranın nüvə anlaşmasına sadiq qaldığını vurğulayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: İranın nüvə fəaliyyətləri Vaşinqtonun iddiasının əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə tam şəkildə uyğundur.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Sergey Lavrov çərşənbə günü İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Rusiyanın Soçi şəhərində görüşdükdən sonra deyib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gözlədiyi kimi bütün öhdəliklərinə sadiq qalıb. 

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano indiyə qədər dəfələrlə İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiqləyib. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bazar ertəsi günü Vyanada agentliyin Direktorlar Şurasının sessiyasının başlanğıcında bir daha İranın 5+1 qrupu ilə nüvə anlaşmasındakı öhdəliklərə sadiq qaldığını vurğulayıb. 

İran və 5+1 qrupu (Rusiya, Çin, Britaniya, Fransa, ABŞ və Almaniya) 2016-cı il yanvar ayında icra olunan Əhatəli Müştərək Təşəbbüs Proqramı üzrə razılığa gəliblər. Bu qrupun üzvlərindən biri olan ABŞ hökuməti nüvə anlaşmasının icrası istiqamətində həmişə maneəçilik yaradır. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎