Çərşənbə axşamı, 12 Sentyabr 2017 16:41

Şəmxani: İraq xalqının problemləri ölkənin parçalanması ilə həll olunmayacaq

Şəmxani: İraq xalqının problemləri ölkənin parçalanması ilə həll olunmayacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İraq Kürdüstanında bu məntəqənin İraqdan ayrılması məqsədilə referendumun keçirilməsinə işarə edərək, deyib: İraq xalqının problemləri ölkəni etnik və məzhəbi bölgü əsasında parçalamaqla həll olmayacaq.

Əli Şəmxani Əl-Vifaq qəzeti ilə müsahibədə deyib: İraqın öz ərazilərini İŞİD-in işğalından azad edilməsi prosesinin sonuna yaxınlaşdığı bir dövrdə İraq Kürdüstanının müstəqillik üzrə referendum keçirməsi qanuni baxımdan heç bir legitimliyə malik olmadığı kimi İraq və region xüsusi ilə də İraq Kürdüstanı üçün ciddi mənfi təsirlərə malik olacaq. 

Şəmxani həmçinin deyib: İraqın parçalanması regiondan kənar böyük qüdrətlərin bu məsələdən suistifadə etmələrinə, siyasi və iqtisadi baxımdan bu məntəqəyə nəzarəti ələ keçirmələrinə səbəb olacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎