Çərşənbə axşamı, 12 Sentyabr 2017 10:57

Nəcəfi: Nüvə təhlükəsizliyinin təmin edilməsinə görə AEBA-ya üzv ölkələr məsuliyyət daşıyır

Nəcəfi: Nüvə təhlükəsizliyinin təmin edilməsinə görə AEBA-ya üzv ölkələr məsuliyyət daşıyır

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi agentliyin direktorlar şurasının nüvə təhlükəsizliyi mövzusunda keçirilən iclasında deyib: Nüvə təhlükəsizliyi ilə bağlı məsuliyyət ilk olaraq bütün üzv ölkələrin üzərinə düşür.

İRNA-nın məlumatına görə, Rza Nəcəfi bazar ertəsi günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının nüvə təhlükəsizliyi ilə bağlı iclasının birinci günündə 77-lər qrupunun sədri olaraq radiokativ şualanma, nüvə maddələrinin daşınması və nüvə tullantılarının təhlükəsizliyi məsələləri barədə çıxış edib. 

İranın AEBA-dakı nümayəndəsi öz çıxışında ölkələrin dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərində nüvə təhlükəsizliyinin önəminə işarə edib və deyib: Nüvə təhlükəsizliyi sahəsində ilk olaraq üzv ölkələr məsuliyyət daşıyırlar. Amma, nüvə təhlükəsizliyi məsələsi ölkələrin dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərinin gedişində pozuculuq törətməməlidir. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎