Çərşənbə axşamı, 12 Sentyabr 2017 10:12

Əmir Abdullahiyan: Terrorizmi himayə Ər-Riyadın regiondakı qeyri-konstruktiv rəftarının aydın nümunəsidir

Əmir Abdullahiyan: Terrorizmi himayə Ər-Riyadın regiondakı qeyri-konstruktiv rəftarının aydın nümunəsidir

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Ərəbistan rəsmisinin İran əleyhinə son iddiasına reaksiya olaraq deyib: Yəmənə qarşı savaş, Bəhreyni işğal etmək, Qətərə qarşı sanksiyalar tətbiq etmək və terrorizmi dəstəkləmək Ər-Riyadin regiondakı qeyri-konstruktiv davranışının aydın nümunəsidir.

Ərəbistanın Fars körfəzi məsələləri üzrə müşavir naziri Samir Əs-Sübhan Tvitterdə paylaşdığı yazıda İran və Hizbullahı terrorizmin qaynağı adlandırıb. 

İRİB-nin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan da öz Tvitter səhifəsində yazıb: Tehranın regional və beynəlxalq rəftarları tamamilə konstruktivdir. 

Ərəbistan rəsmisinin İrana qarşı bu iddiasına baxmayaraq, Ərəbistan təkfirçilik və vəhhabilik düşüncəsinin beşiyi sayılır və dünya ölkələrinin də etiraflarına əsasən Ər-Riyad region və dünyada terrorizmin yayılmasında önəmli rola malikdir. 

Şərh yaz


Məxfi kod
Yenilə