Çərşənbə axşamı, 12 Sentyabr 2017 09:30

İnqilab Rəhbəri: Myanma məsələsinin həll yolu müsəlman ölkələrin priaktiki addım atmalarıdır

İnqilab Rəhbəri: Myanma məsələsinin həll yolu müsəlman ölkələrin priaktiki addım atmalarıdır

İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq təşkilatlar və insan haqları müdafiəçilərinin Myanmada yaşanan faciə qarşısında sükut etməsini qınayaraq, deyiblər: Məsələnin həll yolu müsəlman ölkələrin praktiki addımlar atmaları və Myanmanın qəddar hökumətinə qarşı siyasi və iqtisadi təzyiqlərin edilməsidir.

İslam İnqilabının Böyük Rəhbərinin ofisindən verilən məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər xaric fiqh dərsinin əvvəlində İslam ölkələrinin məsələyə müdaxilə etməli və praktiki addımlar atmalı olduqlarına təkid edərək, deyiblər: Əlbəttə, praktiki addımların atılmasında məqsəd qoşun yeritmək deyil. Siyasi və iqtisadi təzyiqlərin artırılmasıdır. Müsəlman ölkələr bu cinayətlərlə bağlı beynəlxalq təşkilatlarda fəryad etməlidirlər. 

Həzrət Ayətullahülüzma Xamenei İslam Əməkdaşlıq Təşkilatının Myanma faciəsi ilə əlaqədar iclas təşkil etməsini də zəruri adlandırıb və deyiblər: Bu günkü dünya zülm dünyasıdır və İran İslam Respublikası dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, zülmə qarşı mübarizə aparması ilə fəxr etməlidir. İstər bu zülm işğal edilmiş ərazilərdə sionistlər tərəfindən törədilsin, istər Yəməndə, Bəhreyndə və ya Myanmada. İran bu zülmlər qarşısında öz mövqeyini qətiyyətli formada bəyan etməlidir. 

İnqilab Rəhbəri Myanmada yaşanan faciənin kiçildilməsini və onun müsəlmanlar və buddistlər arasında məzhəbi toqquşması kimi qələmə verilməsini yanlış adlandırıb və deyiblər: Əlbəttə, bu hadisədə dini təəssübkeşlik də rol oynamış ola bilər. Amma, bu hadisə siyasi bir məsələdir. Çünki, bu cinayəti törədən Myanma dövlətidir. Bu dövlətin başında isə Nobel Sülh Mükafatının laureatı olan qəddar bir qadın dayanır. Bununla da Nobel Sülh Mükafatının öldüyünü söyləmək olar. 

Həzrət Ayətullahülüzma Xamenei BMT baş katibinin Myanmada yaşanan faciəni sadəcə qınamaqla kifayətlənməsini də tənqid edib və deyib: İnsan haqlarını müdafiə iddiasında olanlar bəzən bir cinayətkarı cəzalandırmaq üçün böyük bir qalmaqal yaradırlar. Amma, Myanmada on minlərlə insanın qırğın edilməsi qarşısında heç bir reaksiya göstərmirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎