Çərşənbə, 16 Avqust 2017 14:49

Qaseminin reaksiyası

Qaseminin reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın əlaqələrin yaxşılaşdırılması üçün Ərriyaddın rəğbəti barədə heç bir nişanə əldə etmədiyini bildirərək, deyib ki, İran hər cür vasitəçiliyi alqışlayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi sonra deyib: İraqın daxili işlər naziri Qasim Ələrəcinin Ərriyad ilə Tehran arasında vasitəçilik etməyi bildirməsi müsbət bir məsələdir, bir şərtlə ki, bu vasitəçilik regionun təhlükəsizliyi və sabitliyini reallaşdırmış olsun.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, Ərəbistan Yəmən savaşını dayandıracaq.

İraqın daxili işlər naziri Qasim Ələrəci bazar günü İranın daxili işlər naziri Əbdürreza Rəhmani-Fəzli ilə görüşünün kənarında deyib ki, Ərəbistanın vəliəhdi Muhəmməd bin Salman ondan Ərriyad ilə Tehran arasında vasitəçilik etməsini istəyib.

Şərh yaz


Məxfi kod
Yenilə