Şənbə, 12 Avqust 2017 09:17

İran və Hindistan birjasında məhsul satışı müqaviləsi imzalanıb

İran və Hindistan birjasında məhsul satışı müqaviləsi imzalanıb

İran İslam Respublikası və Hindistan birjasında məhsulların alqı-satqısı və əməkdaşlıq müqaviləsi ik ölkə rəsmiləri tərəfindən imzalanıb.

İRNA-nın məlumatına görə, bu müqavilənin imzalanması ilə hindistanlılar İranın qır kimi məhsullarını İranın Birja Bazarından birbaşa şəkildə satın ala bilərlər. 

Hindistanın Qiymətli Kağızlar və Birja Bazarları Təşkilatı cümə günü bir bəyanatda bildirib: İran və Hindistan birjasında məhsul alqı-satqısı müqaviləsi İranın İnvestisiya Bazarı Nəzarət İdarəsinin rəhbəri Şapur Məhəmmədinin səfəri çərçivəsində texniki əməkdaşlığı təşviq etmək və qiymətli kağızların tənzimlənməsi sektorunda sərhəddən kənar əməkdaşlıqların sadələşdirilməsi üçün imzalanıb. 

Bu müqaviləyə əsasən İran qırı Hindistan və İran məhsul birjası arasında yekunlaşacaq protokol vasitəsi ilə satılacaq. İran və Hindistan birjasında məhsul alqı-satqısı müqaviləsi qır bazarında vasitələrin ləğv edilməsi və bu məhsulun qiymətinin təyin olunmasında iki ölkənin aktiv və şəffaf iştirakına səbəb olacaq.  

Şərh yaz


Məxfi kod
Yenilə