Cümə, 11 Avqust 2017 11:04

İran sərhədləri ən təhlükəsiz sərhədlərdir

İran sərhədləri ən təhlükəsiz sərhədlərdir

İranın nizam-intizam qüvvələrinin sərhəd keşikçilərinin komandanı deyib: İran İslam Respublikası ən təhlükəsiz beynəlxalq sərhədlərə malikdir.

İSNA-nın verdiyi məlumata görə, İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı General Mayor Qasım Rzayi İranın qonşu ölkələrlə xüsusi iqlim və coğrafi şəraitə malik  8755 km sərhədə malik olduğunu bildirərək deyib: İranlı sərhəd keşikçiləri bütün çətinliklərə rəğmn bu sərhədləri müdafiə sahəsində tam məsuliyyət hissi və əzmkarlığa malikdirlər. 

General Rzayi deyib: İranlı sərhəd sakinləri də bu gün sərhəd keşikçilərinin kənarında tam güclə ölkə sərhədlərini müdafiə edirlər. 

İran sərhəd qoşunlarının komandanı İran İslam Respublikasının düşmənlərinin iranlı sərhəd sakinlərinin sakitliyini pozmaq məqsədi ilə fitnəçi hərəkətlərinə toxunaraq deyib: İranlı sərhədçilərin dünyaya mesajı bundan ibarətdir ki, İran İslam Respublikası xalqın gücündən və vilayəti fəqih hakimiyyətindən yaranıb və İran xalqı heçvaxt təslim olmayacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎