Bazar ertəsi, 19 June 2017 10:21

Qəsre Qənd məntəqəsində bir terror qrupu məhv edilib

Qəsre Qənd məntəqəsində bir terror qrupu məhv edilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı İranın Sistan və Bəluçestan vilayətinin Qəsre Qənd məntəqəsində bir terror qrupunun məhv edilməsindən xəbər verib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı general-mayor pasdar Mohəmməd Pakpur dünən Fars xəbər agentliyi ilə müsahibədə əlavə edib: Bir neçə gün bundan öncə İranın Sistan və Bəluçestan vilayətinin Çabəhar şəhərinin Qəsre Qənd məntəqəsində qarşılaşdığımız bir terror qrupu bu gün onların ünsürlərindən daha beş nəfərin öldürülməsilə tam şəkildə məhv edilibdir.

General Pakpur söyləyib: Bu terror qrupunun qalıqları Sepah-ın quru qoşunlarının Qüds qərargahının kəşfiyyat qrupları tərəfindən təqib edildikdən sonra bazar günü mühasirəyə düşdülər və qarşıdurmadan sonra məhv edildilər.

Pakpur deyib: Terrorçular "Ənsarulforqan" terror qaragüruhunun üzvləridirlər. Onların kimlikləri araşdırılmaqdadır.

Şərh yaz


Məxfi kod
Yenilə