Bazar ertəsi, 19 June 2017 07:25

İrandan Suriyadakı terrorçulara möhkəm raket şapalağı

İrandan Suriyadakı terrorçulara möhkəm raket şapalağı

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Baş İctimai Əlaqələr Şöbəsi bir məlumatda Sepah-ın hava-kosmos qüvvələrinin son Tehran terror cinayəti amillərini cəzalandırmaq məqsədilə Suriyanın Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək mərkəzlərinə qarşı raket hücumundan xəbər verib.

IRIB-nin Sepah Nyus-a istinadlı məlumatına görə, İran xalqından bir qrup məzlum və oruc insanın yaralanması və 18 nəfərin şəhid olması ilə nəticələnmiş Tehranda baş vermiş son terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildiribdir ki, "heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır!"

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın bəyanatında deyilir: Sepah Suriyadakı terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək mərkəzlərini bir neçə ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır. 

Şərh yaz


Məxfi kod
Yenilə