Bazar, 18 June 2017 14:14

İranın idman karvanı ümumdünya fəhlə idman yarışlarında 64 medal qazanıb

İranın idman karvanı ümumdünya fəhlə idman yarışlarında 64 medal qazanıb

İranın fəhlələrdən ibarət idman karvanı Latviyada keçirilən ümumdünya fəhlə idman yarışlarının sonuncu günündə 64 medal qazanmağa müvəffəq olubdur.

İranın fəhlələrdən ibarət idman karvanı Latviyada keçirilən beşinci ümumdünya fəhlə idman yarışlarında kişilərin yüngül atletika, şahmat, stolüstü tennis, yunan-roma güləşi, çimərlik güləşi, cüdo və çimərlik voleybolu, həmçinin qadınların yüngül atletika və stolüstü tennis yarışlarında 36 qızıl, 14 gümüş və 14 bürünc medal əldə etməyə müvəffəq olubdur.

İranın idman karvanı habelə şahmat, stolüstü tennis, futbol və mini-futbol yarışlarında medal qazanmaq şansına malik idi, lakin sionist rejimlə bir qrupa düşdüyü üçün bu idman növləri üzrə yarışları davam etdirmək firkrindən daşınıbdır.

Beşinci ümumdünya fəhlə idman yarışları iyunun 13-dən 18-dək  Latviyanın paytaxtı Riqa şəhərində keçirilib.

İranın idman karvanı bu yarışlarda 19 komanda ilə 11 idman növündə iştirak edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə