Bazar, 18 June 2017 09:49

Qasemi Ərəbistanın sahil qvardiyasının İran qayıqlarına atəş açması haqda fikir bildirib

Qasemi Ərəbistanın sahil qvardiyasının İran qayıqlarına atəş açması haqda fikir bildirib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın sahil qvardiyasının Fars Körfəzi sularında İran qayıqlarına atəş açması nəticəsində bir iranlı balıqçının öldürülməsi barədə yayılmış xəbərlərə reaksiyada bu məsələdən təəssüf ifadə edərək, bildirib ki, məsələ araşdırılmaqdadır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi ISNA ilə müsahibədə bu məsələnin İranın əlaqədar orqanları və səhəd qoşunları tərəfindən də təsdiqləndiyini bildirərək, deyibdir ki, bu məsələ araşdırılmaqdadır və əlaqədar orqanlar tərəfindən aparılan araşdırmaların nəticələri müəyyən olandan sonra bu hadisə qəti və ciddi şəkildə izləniləcəkdir.

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin sərhəd məsələləri şöbəsinin müdiri də medialarla müsahibədə belə söyləyib: Fars Körfəzi sularında balıq tutmaqla məşğul olan iki iranlı balıqçılıq qayığı dəniz dalğaları nəticəsində öz yolundan çıxır.

Məcid Ağababayi əlavə edib: Bu əsasda və iranlı qayıqların Ərəbistan sularına daxil olmaları məsələsi təsdiq olunmadan, həmin ölkənin sahil qvardiyası tərəfindən iranlı qayıqlar atəşə tutulur və atəş nəticəsində bir iranlı balıqçı həlak olur.

O, vurğulayıb: Ərəbistanın bu hərəkəti humanitar prinsiplərdən uzaq olub və hətta iranlı qayıqların dəniz dalğaları nəticəsində Ərəbistan sərhədlərinə daxil olduqlarını fərz etsək belə, yenə də onların iranlı qayıqları atəşə tutmağa haqları yox idi.

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin sərhəd məsələləri şöbəsinin müdiri əlavə edib: Biz hazırda bu məsələni araşdırmaqdayıq ki, iranlı qayıqlar Ərəbistan sərhədlərinə daxil olubmuşlar, yoxsa yox.

Məcid Ağababayi əlavə edib: Qayıqlardan birinin taleyi barədə də məlumat yoxdur və bu məsələ araşdırılmaqdadır və Ərəbistanda səfirliyə malik olmadığımız üçün bu sahədə problemlərlə üzləşirik.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎