Şənbə, 17 June 2017 19:39

İran və FAO soya yetişdirmək üzrə il proqramlarını icra edirlər

İran və FAO soya yetişdirmək üzrə il proqramlarını icra edirlər

İran İslam Respublikası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(FAO) arasında soya yağı əldə etmək məqsədi ilə soya istehsalı üzrə birgə layihə icra edirlər.

Dezfulda, Səiabad Təhqiqat, Kənd Təsərrüfatı və Təbii Qaynaqlar Mərkəzinin rəisi Rəhim İslamizadə şənbə günü İRNA-ya verdiyi müsahibədə deyib: FAO-nun sədr müavini Dust Məhəmməd və İranın Kənd Təsərrüfatı Cihadı nazirinin müavini Əlirza Mühacir soya bitkisi ilə bağlı birgə proqramın icra edilməsi haqda deyib: 2017-ci ilin yayında bu xüsusda birgə layihə icra ediləcək. 

FAO-nun sədr müavini Dust Məhəmməd də iranlı mütəxəssislərin elmi araşdırmalara böyük maraq göstərməsinə işarə edərək, deyib: Ümidvaram İran və FAO arasındakı ilk müştərək layihənin icrası uğurlu olsun. 

Dezful şəhəri İranın Xuzestan ostanında yerləşir və 100 min hektardan çox əkinə yararlı ərazisi var. Hər il Dezfulda 3 milyon tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulu istehsal edilir. 

Şərh yaz


Məxfi kod
Yenilə