Şənbə, 17 June 2017 08:48

Yeni sanksiyalar Vaşinqtonun məğlubiyyətini göstərir

Yeni sanksiyalar Vaşinqtonun məğlubiyyətini göstərir

İran İslam Respublikasının Londondakı səfiri ABŞ senatının İrana qarşı yeni sanksiyalarını Vaşinqtonun Orta şərq siyasətinin məğlubiyyətinin nişanəsi adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, İranın Londondakı səfiri Həmid Bəidinejad ABŞ senatı tərəfindən İrana qarşı yeni sanksiyaların qəbul edilməsinə toxunaraq deyib: Bu sanksiyalar Amerikanın və onun müttəfiqlərinin Orta şərq siyasətində məğlubiyyətinin göstəricisidir. 

ABŞ senatı cümə axşamı "İranın destabilləşdirən hərəkətlərinə qarşı qanun-2017" adı altında İran İslam Respublikasına qarşı sanksiyaların əhatəli layihəsini qəbul edib. 

Bu layihə ballestik raketləri, terrorizm ilə əlaqədar sanksiyalar və silah sanksiyasını əhatə edir. 

Şərh yaz


Məxfi kod
Yenilə