Cümə, 16 June 2017 19:30

Qasemi Amerikanın İranla düşmənçiliyindən danışıb

Qasemi Amerikanın İranla düşmənçiliyindən danışıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika senatının xarici əlaqələr komitəsində İrana qarşı qeyri-nüvə sanksiyaları ilə bağlı yeni qanunun qəbul olunması bu məclisin İran xalqı ilə ziddiyyəti və düşmənçilik fəaliyyəti və keçmişinə əsasən, gözlənilməz deyildi.

Amerika senatı cümə axşamı günü gecə "İranın qeyri-stabillik yaradan hərəkətlərilə mübarizə qanunu-2017" adı ilə İran İslam Respublikasına qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi. Bu layihə ballistik raket sanksiyaları, terrorizmlə bağlı sanksiyalar və silah sanksiyasının icrasına şamil olur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün Amerikanın İran İslam Respublikası ilə düşmənçiliyini anadangəlmə adlandıraraq, belə əlavə edib: Amerika beynəlxalq bir sənəd olan nüvə anlaşmasına əsasən, öhdəliklərə malikdir ki, tam şəkildə və xoşməramlılıqla onu yerinə yetirməlidir.

Qasemi sonra belə qeyd edib: İran İslam Respublikası bu qanunun maddələri və mətni, eləcə də onun konqresin nümayəndələr palatasında qəbul olunması prosesi və ehtimal üzrə Amerika prezidenti tərəfindən imzalanmasını diqqətlə nəzarətdə saxlayaraq, araşdırır və nüvə anlaşmasının icrasına nəzarət edən iranlı heyət İranın milli maraqlarının təmini üçün qarşılıqlı və mütənasib addımları qətiyyətlə atacaqdır.

O, habelə söyləyib: İranın raket qabiliyyətləri və hərbi qüvvələri barədə iddialar qanunsuzdur və İranın silahlı qüvvələri şücaətlə ölkənin təhlükəsizliyi və maraqlarını müdafiə edəcəklər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İranın raket müdafiə proqramları qanuni olaraq, BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsilə ziddiyyət təşkil etmir və heç bir hərəkət İran İslam Respublikasını özünün qanuni müdafiə haqqından məhrum edə bilməz.

Şərh yaz


Məxfi kod
Yenilə