Cümə axşamı, 18 May 2017 13:11

İran XİN raket proqramının davam etdiriləcəyini vurğulayıb

İran XİN raket proqramının davam etdiriləcəyini vurğulayıb

İranın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildiribdir ki, İranın raket proqramı proqramlaşdırmalar əsasında qüvvət və qüdrətlə davam etdiriləcəkdir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu gün Amerika dövlətinin bir neçə iranlı şəxs və şirkətin adının raket sanksiyaları siyahısina əlavə edilməsinə dair hərəkətinə reaksiyada bir bəyanat yayaraq, Amerikanın birtərəfli və qanunsuz sərhədaşırı sanksiyalar siyahısına fiziki və hüquqi şəxslərin adlarının əlavə olunmasını pisləyib və onu qəbuledilməz və beynəlxalq hüquq normalarına zidd adlandırıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İranın öz müdafiə qabiliyyətlərini yüksəltmək üzrə qanuni haqqını bir daha vurğulayaraq, belə qeyd edib: İran İslam Respublikası özünün ərazi bütövlüyü, siyasi istiqlaliyyəti və suverenliyini qorumaq məqsədilə İranın beynəlxalq öhdəlikləri və BMT TŞ-nin 2231 saylı qətnaməsi ilə heç bir təzad təşkil etməyən öz raket proqramını, proqramlaşdırmalar əsasında qüvvət və qüdrətlə davam etdirəcəkdir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi həmçinin Amerika dövlətinin qanunsuz hərəkətinə cavab olaraq, İran İslam Respublikasının milli təhlükəsizliyi əleyhinə hərəkətlərdə təsirli iştiraka, region xalqlarına divan tutulmasında, təkfirçi terrorçulara dəstəyin verilməsində, işğal olunmuş Fələstində sionist rejimin bəşəriyyətə zidd cinayətlər törətməsində birbaşa və ya dolayısı ilə iştirak yolu ilə beynəlxalq humanitar hüquq normaları və insan haqlarının kobud şəkildə pozulması keçmişinə malik olan doqquz amerikalı şəxs və şirkətin adını "İran İslam Respublikasının sanksiyası altında olan fiziki və hüquqi şəxslər siyahısı"na əlavə edibdir.

Amerika prezidenti Donald Tramp dünən nüvə anlaşması əsasında İrana qarşı sanksiyaların dayandırılmasının uzadılması ilə bir zamanda İranın raket proqramını bəhanə gətirərək, yeddi iranlı və xarici şəxs və şirkətin adını özünün raket sanksiyaları siyahısına əlavə etdi.

Şərh yaz


Məxfi kod
Yenilə

haci-cavad-mescidinin-qarsisina-dindarlar-toplasib-saxlanilanlar-var-foto-0z7l9v0x.JPG