Çərşənbə, 17 May 2017 18:44

İran sərhədçiləri seçkilər ərəfəsində tam hazır vəziyyətdədirlər

 İran sərhədçiləri seçkilər ərəfəsində tam hazır vəziyyətdədirlər

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı deyib ki, İran sərhədçiləri xüsusən seçkilər ərəfəsində hər cür əmin-amansızlıqla mübarizəyə hazırdırlar.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci seçkilərlə bir zamanda mayın 19-da keçiriləcək.

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı general-mayor pasdar Qasem Rezayi bu gün ölkənin şərqində yerləşən Sistan və Bəluçestan vilayətində İran sərhədçilərinin seçkilər ərəfəsində hazır vəziyyətdə olduqlarını və kəşfiyyat və əməliyyat cəhətdən İran sərhədlərinə tam nəzarətin olduğunu vurğulayaraq, əlavə edib: İran sərhədçilərinin kəşfiyyat və döyüş hazırlıqlarının yüksəlməsi regiondakı terror qrupları üçün ağır bir mesaja malikdir. 

General-mayor pasdar Qasem Rezayi terror qruplarına xəbərdarlıq edib ki, İran sərhədçiləri tam sayıqlıq və hazırlıqla İran İslam Respublikasının müqəddəs sərhədlərini qoruyurlar.

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı həmçinin İranın şərqindəki sərhədçilərin səylərinə və quldur dəstələrilə mübarizəyə hazır olduqlarına işarə edərək, deyib: İranın sərhəd qoşunları regiondakı ciddi səylərinin kənarında müştərək sərhədlərdə Pakistan sərhədçilərinin iştirakı və məsuliyyət qəbul etmələri üçün ciddi tələb irəli sürürlər.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎