Cümə, 14 Yanvar 2022 19:14

Real-ın finaldakı rəqibi bəlli oldu

Real-ın finaldakı rəqibi bəlli oldu

Madridin Atletiko klubu İspaniya superkuboku yarışlarının yarımfinalında məğlub və bununla, finalda Madrid derbisini keçirməkdən məhrum oldu.

 Madridin Atletiko klubuna yarımfinalında qənim kəsilən klub, Atletik Bilbao olubdur. Oyunu 2-1 hesabı ilə başa vuran Bilbao təmsilçiləri finala vəsiqə qazanıblar.

Öncə Atletiko, Unai Simonun 62-ci dəqiqədə öz qapısına qol vurması ilə öncə çıxdı, lakin komandası gözəl qayıdışa malik oldu. Belə ki, Atletik Bilbao Alvares və İnaki Uilyamsın dörd dəqiqə ərzində, yəni 77 və 81-ci dəqiqələrdə vurduqları qollarla qələbəyə nail oldu.

Bazar günü superkubok finalı Real Madrid klubu ilə Atletik Bilbao klubu arasında keçiriləcək.

Qeyd edək ki, Atletik Bilbao ötən il Barselona klubunu məğlub etməklə superkubok çempionu ola bilmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə