Cümə, 03 Dekabr 2021 12:58

Qvardiola Mourinyo və Ferqyusonun rekordlarını keçdi

Qvardiola Mourinyo və Ferqyusonun rekordlarını keçdi

İngiltərənin «Mançester Siti» futbol klubunun ispaniyalı baş məşqçisi yetirmələrinin «Aston Villa» klubu ilə görüşdəki qələbəsilə İngiltərə premyer liqasında yeni bir rekorda nail olub.

 Dünən gecə İngiltərə premyer liqası oyunlarının növbəti mərhələsində Pep Qvardiolanın yetirmələri Stiven Cerrardın yetirmələrini iki-bir hesabı ilə məğlub etdilər.

Bu, qələbə, Pep Qvardiolanın 150-ci qələbəsi sayılır. Bununla da ispaniyalı baş məşqçi İngiltərə premyer liqasında yeni bir rekord qeydə aldırdı.

O, bu sayda qələbəni 204 oyunda əldə edib və bu baxımdan Joze Mourinyo və Aleks Ferqyuson da daxil olmaqla İngiltərədə çalışan bütün baş məşqçilərin rekordlarını ötüb keçibdir.

Mourinyo 230 oyunda 150 qələbə əldə etmiş, Aleks Ferqyuson isə 247 oyunda 150 qələbəni keçmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə