Çərşənbə, 24 Noyabr 2021 16:44

"Sabah" klubunun məşqçiləri və futbolçusu koronavirusa yoluxub

"Sabah" klubunun məşqçiləri və futbolçusu koronavirusa yoluxub

 Azərbaycan Respublikasının "Sabah" klubunda koronavirusa kütləvi yoluxma aşkarlanıb.

 

Aran radiosu Report xəbər saytına istinad edərək məlumat verir, Məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.

Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib. Erqemlidzedən başqa bütün futbolçuların testi mənfi çıxıb.

Qeyd edək ki, "Sabah" noyabrın 27-də Azərbaycan Premyer Liqasının XII turunda "Keşlə" ilə üz-üzə gələcək.

Şərh yaz


Məxfi kod
Yenilə