Bazar ertəsi, 24 Fevral 2020 07:54

İran sərbəst güləş üzrə Asiya çempionu oldu

İran sərbəst güləş üzrə Asiya çempionu oldu

İranın sərbəst güləş komandası səkkiz medal əldə edərək, yaşlılar arasında Asiya çempionu olub.

Sərbəst güləş üzrə 33-cü Asiya çempionatı fevralın 22-si və 23-də Hindistanın paytaxtı Yeni Dehlidə keçirilibdir ki, sonda İran komandası 2 qızıl, 2 gümüş və 4 bürünc medal və 168 xalla yarışların çempionu olub.

İrandan sonra Hindistan və Qazaxıstan komandaları müvafiq olaraq, 159 və 146 xalla ikinci və üçüncü olublar.

Yaponiya, Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Cənubi Koreya və İraq dördüncüdən onuncuyadək olan yerləri tutublar.

Şərh yaz


Məxfi kod
Yenilə