Cümə axşamı, 23 Yanvar 2020 23:43

İranlı şahmatçı sionist rejim nümayəndəsilə yarışdan imtina edib

İranlı şahmatçı sionist rejim nümayəndəsilə yarışdan imtina edib

İranın beynəlxalq Cəbəlüttariq şahmat yarışlarındakı nümayəndəsi sionist rejimdən olan rəqibi ilə yarışdan imtina edib.

Pouya İdani beynəlxalq Cəbəlüttariq şahmat yarışlarının ikinci mərhələsində şücaətli bir hərəkətdə və məzlum Fələstin xalqına dəstək istiqamətində sionist rejim nümayəndəsilə yarışmanı rədd edib.

Beynəlxalq Cəbəlüttariq şahmat yarışları çərşənbə axşamı günündən başlanıb. Bu yarışlarda İranın dörd nümayəndəsi iştirak edir.

Bundan öncə də İran şahmatının digər təmsilçiləri məzlum Fələstin xalqına dəstək istiqamətində, uşaqların qatili olan sionist rejimin nümayəndəsilə yarışmanı qətiyyətlə rədd etmişdilər.

Şərh yaz


Məxfi kod
Yenilə