Cümə axşamı, 23 Yanvar 2020 20:29

İran futbolunun nümayəndələrinə Asiyada ev sahibliyi geri qayıtdı

İran futbolunun nümayəndələrinə Asiyada ev sahibliyi geri qayıtdı

Asiyia Futbol Konfederasiyası- AFC-nin məsul şəxsləri təzminat veriblər ki, İranın futbol komandaları Asiya üzrə Çempionlar Liqasının qrup mərhələsində öz meydançalarında rəqiblərini qarşılayacaqlar.

İran futbolu nümayəndələrinin bu gün Malayziyada Asiyia Futbol Konfederasiyasının baş katibi Vindsor Jon ilə iclasında qərara alındı ki, İranın futbol komandaları Asiya üzrə Çempionlar Liqasının qrup mərhələsindəki görüşlərin birini rəqib, digərini isə öz meydançalarında keçirsinlər.

AFC bu təzminatı veribdir ki, qayıdış mərhələsinin başlanmasınadək İran yarışların ev sahibliyini üzərinə götürə bilsin.

Asiyia Futbol Konfederasiyası yanvarın 17-də İranın futbol federasiyasına məktub göndərərək, Asiya üzrə Çempionlar Liqasında yarışan iranlı futbol klublarından yarışların keçirilməsi ilə bağlı ev sahibliyinin ləğv olunduğunu və görüşlərin digər ölkədə keçiriləcəyini bildirmişdi.

İranın dörd futbol klubunun müdirləri və idman rəsmiləri bildirmişdilər ki, elə olan təqdirdə, həmin yarışlarda iştirakdan vaz keçəcəklər.

 

Şərh yaz


Məxfi kod
Yenilə