Şənbə, 16 Noyabr 2019 08:29

İranın gənc kabaddi oyunçuları dünya çempionu oldular

    İranın gənc kabaddi oyunçuları dünya çempionu oldular

İranın gənc kabaddi oyunçuları dünya çempionu oldular.

İran gəncləri dünyanın kabaddi çempionatının zirvəsində...

İranın ev sahibliyi ilə Kiş adasında keçirilən gənclərin kabaddi üzrə dünya çempionatı İranın gənclərdən ibarət kabaddi yığma komandasının birinciliyi ilə başa çatıb. Keniya yığması ikinci olubdur...

Bu yarışların final oyununun birinci yarısında İranın gənclərdən ibarət yığma komandası həm müdafiədə, həm də hücumda qüsursuz oynaya və bu hissəni 23-8 hesabı ilə öz xeyrinə başa vura bildi...

İkinci hissədə İranın gənclərdən ibarət yığma komandasının baş məşqçisi əsas oyunçuları ilə ikinci komandasının üzvlərindən təşkil olunmuş fərqli bir heyəti meydana göndərdi və bu dəfə də yığmamız qüdrətlə oynayaraq, 42-22 hesabı ilə Keniya komandasını məğlub edə bildi və çempionatın zirvəsində dayandı.

M.K- Bir il zəhmət, çətinlik və intensiv məşqlərin, tökdüyümüz göz yaşlarının bəhrəsini bu gün aldıq.

M.K-Birillik zəhmətlərimizin nəticəsini ən yaxşı tərzdə aldıq və İran xalqının ürəyini şad edə bildik.

Yarışların ikincisi olan Keniya komandası yarımfinal görüşündə iddiaçı və favorit olan Pakistan yığmasını məğlub etmişdi. Banqladeş və Pakistan yığmaları müştərək şəkildə yarışların üçüncü pilləsində durdular. Ölkəmizin milli komandası elə bir halda yarışların bu dövrəsinin çempionu oldu ki, bu yarışların dörd ildən bir rəsmi şəkildə keçirilməsi Beynəlxalq Kabaddi Federesiyası təqvimində qeydə alınıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə