Bazar, 22 Sentyabr 2019 23:50

İranlı sərbəst güləşçi qızıl medal qazanıb

İranlı sərbəst güləşçi qızıl medal qazanıb

İranın 86 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Həsən Yəzdani Qazaxıstanda keçirilən sərbəst güləş üzrə dünya çempionatında qızıl medal əldə edib.

Həsən Yəzdaninin rəqibi hindistanlı Dipak Punya dünən axşam Qazaxıstanın Nursultan şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatının son günündə 86 kiloqram çəki dərəcəsinin final görüşündə zədələndiyi üçün görüşə gəlmədi və İran nümayəndəsi bu çəki dərəcəsində qızıl medal sahibi oldu.

Bundan öncə Əlireza Kərimi 92 kiloqram çəki dərəcəsində gümüş, Yunes Emami və Behnam Ehsanpour 61 və 70 kiloqram çəki dərəcələrində bürünc medal əldə etmişdilər.

Sərbəst güləş üzrə dünya çempionatı sentyabrın 19-dan 22-dək Qazaxıstanın Nursultan şəhərində keçirildi.

Şərh yaz


Məxfi kod
Yenilə