Şənbə, 22 June 2019 08:27

İranın voleybol komandası Portuqaliya yığması üzərində qələbə qazanıb

İranın voleybol komandası Portuqaliya yığması üzərində qələbə qazanıb

İranın yığma voleybol komandası 2019-cu il millətlər liqasının dördüncü həftəsinin əvvəlində dünən Ərdəbil şəhərində Porquqaliya komandasını məğlub edib.

İranın yığma voleybol komandası Porquqaliya komandasını 3:1 hesabı ilə məğlub edərək, millətlər liqası cədvəlində öz birinciliyini təsbit edibdir.

İranın milli voleybol komandası indiyədək Portuqaliya, Rusiya, Polşa, Kanada, İtaliya, Almaniya, Çin, Argentina və Yaponiya üzərində ümumilikdə 9 qələbə və yalnız Braziliya yığması qarşısında bir məğlubiyyətlə yarış cədvəlinə başçılıq edir.

İran bu gün Avstraliya yığması ilə qarşılaşacaq.

Voleybol üzrə 2019-cu il millətlər liqası yarışları 16 komandanın iştirakı ilə keçirilməkdədir.

Şərh yaz


Məxfi kod
Yenilə