Cümə axşamı, 21 Mart 2019 20:38

İranlı güləşçilər yunan-roma güləşi üzrə Asiya çempionatında 6 medal qazanıblar

İranlı güləşçilər yunan-roma güləşi üzrə Asiya çempionatında 6 medal qazanıblar

İranın yunan-roma güləşi üzrə milli komandası 23 yaşından aşağı yaş səviyyəsində keçirilən Asiya çempionatının ilk günündə iki qızıl, iki gümüş və iki bürünc medal qazanıbdır.

Monqolustanın Ulan-Bator şəhərində keçirilən bu çempionatın ilk yeddi çəki dərəcəsi üzrə yarışlarının sonunda İranın olimpiya komandası 72 və 82 kiloqram çəki dərəcələrində qızıl medal əldə edib.

Bu yarışların davamında iranlı güləşçilər 77 və 130 kiloqram çəki dərəcələrində gümüş, 60 və 97 kiloqram çəki dərəcələrində isə bürünc medal əldə ediblər.

55, 63 və 87 kiloqram çəki dərəcələri üzrə yarışlar sabah keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə