Şənbə, 19 Yanvar 2019 18:59

ABŞ dövlətinin bağlanması davam edir

ABŞ dövlətinin bağlanması davam edir

Amerikada dövlətin bağlanmasının uzanması ilə, qida maddələrini təmin etmək üçün aylıq məvacibdən asılı olan bu ölkənin federal dövlətinin işçilərindən bir çoxu qida əldə etmək üçün xeyriyyə mərkəzlərinə üz tutmağa məcbur olubdur.

CNN telekanalı saytının məlumatına görə, Meksika sərhədində divarın inşası büdcəsi üstündə Amerika prezidenti Donald Tramp ilə demokratlar arasındakı ixtilafların davam etməsi bu ölkədə federal dövlətin bağlanmasının davam etməsinə səbəb olubdur.

Bu tətil nəticəsində yüz minlərlə dövlət qulluqçusu əmək haqqı almır. Onların bir hissəsi məvacibini haçan alacağını bilmədən öz iş yerinə getməyə məcburdur. Dövlət qulluqçularının digər bir hissəsi isə əmək haqqısız icbari ezamiyyətə göndərilibdir.

Federal dövlətin tətil olmasının dördüncü həftəyə daxil olduğu bir halda, əmək haqqısız icbari ezamiyyətə göndərilən və məvacib almayan dövlət qulluqçuları gündəlik ehtiyaclarının təmini sahəsində problemlə üzləşiblər. Onlar öz ailələrini tox saxlamaqdan ötrü pulsuz ərzaq paylayan banklara və xeyriyyə mərkəzlərinə əl açmağa məcbur olublar.

Şərh yaz


Məxfi kod
Yenilə