Bazar ertəsi, 10 Dekabr 2018 19:51

İran nümayəndəsi karate üzrə dünya çempionu olub

İran nümayəndəsi karate üzrə dünya çempionu olub

İranın 84 kiloqramdan aşağı çəki dərəcində yarışan karate ustası Zəbihollah Pourşib Çinin Van şəhərində keçirilən dünya çempionatının qızıl medalını əldə edib.

Yarışların sonuncu günündə Zəbihollah Pourşib Qazaxıstan nümayəndəsini məğlub edərək, qızıl medal qazanıbdır.

Pourşib finala çıxmazdan öncə Tayvan, Yaponiya, Çin və Rusiyadan olan rəqiblərini məğlub etmişdi.

Bundan öncə İranın 60 kiloqramdan aşağı çəki dərəcində yarışan karate ustası Miad Yari yarışların qızıl, 67 kiloqramdan aşağı çəki dərəcində yarışan karateçisi Əmir Mehdizade isə bürünc medalını qazanmışdılar.

Çinin Van şəhərində keçirilən dünya çempionatı 2020-ci il Tokio olimpiya oyunları payını əldə etmək üzrə etaplardan biridir.

Şərh yaz


Məxfi kod
Yenilə