Bazar, 11 Noyabr 2018 21:59

İranlı məktəblilər astronomiya üzrə beynəlxalq olimpiadanın qalibi olublar

İranlı məktəblilər astronomiya üzrə beynəlxalq olimpiadanın qalibi olublar

İranlı məktəblıilər astronomiya və astrofizika üzrə 12-ci olimpiadada ilk yeri qazanıblar.

İranda gənc tədqiatçılar və parlaq istedadların yetişdirilməsi üzrə milli mərkəzin sədri Fatimə Mohacerani deyib: İranlı məktəblıilər astronomiya və astrofizika üzrə 12-ci olimpiadada beş qızıl medal qazanaraq, dünya birinciliyinə nail olublar.

Fatimə Mohacerani əlavə edib: Çində keçirilən bu olimpiadada iranlı məktəblilərin komandası doqquz tədqiatçı ilə iki qrupda iştirak etmişdi ki, İranın birinci komandası beş qızıl medal əldə edərək, inamla yarışların ilk pilləsində durub. Dörd tədqiqatçıdan ibarət olan İranın ikinci komandası da bir qızıl və üç gümüş medal əldə edə bilibdir.

Tailandda keçirilən ötənilki yarışlarda İran komandası bir qızıl, üç gümüş və bir bürünc medal qazanaraq, üçüncü yeri tutmuşdu.

Şərh yaz


Məxfi kod
Yenilə