Cümə axşamı, 18 Oktyabr 2018 16:13

"Buenos Ayres-2018" Gənclər arası Olimpiya Oyunları; İran daha 2 bürünc medal əldə etdi

"Buenos Ayres-2018" Gənclər arası Olimpiya Oyunları; İran daha 2 bürünc medal əldə etdi

İran İslam Respublikasının idman karvanı Argentinada keçirilən gənclər arası üçüncü olimpiya oyunlarında daha 2 bürünc medal əldə edib.

İranlı karateçi Mobina Heydəri çərşənbə günü -59 kq çəki dərəcəsi üzrə yarım final mərhələsində Yapon rəqibi Kukuro Sakaçi ilə qarşılaşıb. 

Bərabər nəticə ilə başa çatan bu qarşılaşmanın sonunda hakimlər qələbəni Yapon karateçiyə veriblər. Bununla da Mobina Heydəri bürünc medal ilə kifayətlənməli olub. 

Bundan öncə digər iranlı karateçi qız Fatimə Xonəkdar -53 kq çəki dərəcəsi üzrə yarımfinal mərhələsində Misirli rəqibi Yasəmin Nəsr ilə qarşılaşmada 5-1 hesabı ilə məğlub olaraq, yarışları bürünc medal ilə başa vurmuşdu. 

Bununla da İranın Argentinada keçirilən gənclər arası olimpiya oyunlarındakı medallarının sayı 12-yə çatıb. 

Şərh yaz


Məxfi kod
Yenilə