Çərşənbə, 10 Oktyabr 2018 20:02

"Cakarta-2018" Para-Asiya oyunlarında iranlı şahmatçılar 8 medal əldə ediblər

"Cakarta-2018" Para-Asiya oyunlarında iranlı şahmatçılar 8 medal əldə ediblər

İndoneziyada keçirilən Para-Asiya oyunlarının davamında iranlı şahmatçılar görmə əngəllilərin şahmat yarışlarının 7-ci mərhələsində 3 qızıl , 3 gümüş və 2 bürünc medal qazanıblar.

İRNA-nın məlumatına görə, İndoneziyada keçirilən Para-Asiya oyunlarının davamında, şahmat yarışlarının 7-ci mərhələsində iranlı şahmatçılar Atifə Nəqəvi, Ümid Kərimi və Fəriba Zendebudi qızıl, Leyla Zarezadə və Fatimə Bərqul gümüş medala yiyələniblər. 

Komanda yarışlarında da İranlı şahmatçılar bir qızıl və 2 gümüş medal qazanıblar. 

Cakarta-2018 Para Asiya oyunlarının beşinci günündə və "F 11" klası üzrə disk atmaq yarışlarının final mərhələsində İranlı idmançılar bir qızıl və bir bürünc medal qazanıblar. 

İranın idman karvanı Para Asiya oyunlarının beşinci gününə kimi 17 qızıl, 14 gümüş və 18 bürünc medal qazanaraq, ümumilikdə 49 medala yiyələnərək, ümumi sıralamada beşinci yerdə olub. 

Para Asiya yarışlarının üçüncü mərhələsi 13 oktyabra kimi davam edəcək. Bu yarışlarda dünyanın 41 ölkəsindən gəlmiş 2880 idmançı iştirak edir. 

İran İslam Respublikası Para-Asiya oyunlarına 209 idmançı ilə qatılıb və 13 idman növü üzrə yarışlarda iştirak edir. 

Şərh yaz


Məxfi kod
Yenilə