Çərşənbə axşamı, 18 Sentyabr 2018 17:58

İranlı idmançılar Bakıda medal qazanıblar

İranlı idmançılar Bakıda medal qazanıblar

Azərbaycan Respublikasının ən güclülər yarışında iki iranlı idmançı qızıl və gümüş qazanıblar.

İRİB-in verdiyi məlumata görə, «WSF» üzrə 20 idmançının iştirakı ilə Bakıda keçirilən yarışlarda iki iranlı idmançı Həzrət Abbas(ə) lenti başlarına bağlayaraq yarışda iştirak ediblər və ağır rəqabətdən sonra Qızıl və Gümüş medal qazanıblar. 

Bu yarışlarda 105 kq çəkidə Əkbər Talışi qızıl və 110 kq çəkidə Mürtəza Nasiri gümüş medal qazanıblar. 

İranlı komandanın məşqçisi Kərim Talışi yarışların yüksək səviyyədə keçirildiyini deyib. 

Çempion idmançılar yarışların sonunda Tasua və Aşuranın gəlib çatması münasibəti ilə vəliyi fəqihin Azərbayan Respublikasındakı nümayəndəsi ilə görüşüblər və medallarını ona təqdim ediblər.  

Şərh yaz


Məxfi kod
Yenilə