Bazar, 16 Sentyabr 2018 10:40

İran voleybol üzrə dünya çempionatında birinci yerdədir

İran voleybol üzrə dünya çempionatında birinci yerdədir

İran İslam Respublikası milli voleybol komandası dünən dünya çempionatı rəqabətlərində Kubaya qələbə çalıb.

İRNA-nın verdiyi məlumata görə, İranın yığma voleybol komandası dünya çempionatının qrup rəqabətləri mərhələsinin üçüncü yarışında Bolqarıstanın Varna şəhərində yerli vaxtla saat 16:30-da Kuba komandası ilə yarışıb və 3-1 hesabı ilə qalib gəlib. 

İranın yığma voleybol komandası öncəki iki görüşdə də Portoriko və Bolqarıstan komandalarını məğlub etmişdi və D qrupunun cədvəlində birinci yerə keçmişdi. 

Voleybol üzrə dünya çempionat yarışları 9-30 sentyabrda İtaliya və Bolqarıstanda keçirilir. 

İranın yığma komandası ilkin mərhələdə Portoriko, Bolqarıstan, Kuba, Polşa və Finlandiya komandaları ilə yarışmalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə