Çərşənbə, 05 Sentyabr 2018 15:51

İran pəhləvan güləşi üzrə çempion olub

İran pəhləvan güləşi üzrə çempion olub

İranın pəhləvan güləşi komandası 3 qızıl medal qazanaraq Qırğızıstanda keçirilən köçərilər üzrə üçüncü yarışlarda çempion adını qazanıb.

İRNA-nın verdiyi məlumata görə, köçərilər üzrə üçüncü yarışlar 26 ölkədən 48 komandanın iştirakı ilə dünən Qırğızıstanın Ozan şəhərində 70,80 və 100 üstündə çəki dərəcələrində keçirilib. İran komandası bu yarışlarda 3 qızıl medal qazanaraq çempion adına layiq görülüb. 

Yarışlarda iranlı idmançılar fərdi qaydada kəndir dartmaq üzrə qızıl və kollektiv şəkildə kəndir dartmada ikinci yeri qazanıblar. 

Ağac dartma üzrə isə iranlı kişi və qadın idmançılar cəmi 4 bürünc medal əldə ediblər. 

Dünya köçəriləri üzrə 3-cü yarışlarda  68 ölkədən 3 min idmançı bir həftə müddətində Qırğızıstanda rəqabət aparacaq. 

Yarışlar 37 köçəri idman növü üzrə keçirilir və sentyabrın 8-dək davam edəcək. 

Yarışlara İrandan 26 idmançı qatılıb. 

Şərh yaz


Məxfi kod
Yenilə