Cümə axşamı, 30 Avqust 2018 10:54

İranın idman karvanı Asiya oyunlarında daha üç medal qazanıb

İranın idman karvanı Asiya oyunlarında daha üç medal qazanıb

İranın kayak və kanoe qayıqsürmə komandaları 2018-ci il Asiya oyunlarının davamında bir gümüş və iki bürünc medal almağa müvəffəq olublar.

 

 

Bu gün keçirilən bu yarışlarda İranın kişilərdən ibarət kayak komandası sakit sular növündə bir bürünc medal qazanıbdır.

Qadınların 500 metr məsafəyə birnəfərlik kayak yarışlarında mübarizə aparan iranlı idmançı Hediyye Kazemi gümüş medal qazanıb. Min metr məsafəyə təknəfərlik kanoe yarışlarında İranın təmsil edən Mohəmmədnəbi Rezayi isə bürünc medal əldə edibdir.

İranın idman karvanı indiyədək 19 qızıl, 17 gümüş və 19 bürünc və bütövlükdə 55 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə