Çərşənbə, 29 Avqust 2018 09:59

İranın Kanopolo komandası çempion olub

İranın Kanopolo komandası çempion olub

İranın qadınlar üzrə kanopolo yığması Cakarta-2018 Asiya yarışlarının çempion adını qazanıb.

İRİB-in verdiyi məlumata görə, İranın qadınlar üzrə kanopolo yığması Asiya yarışlarının final mərhələsində Sinqapur yığması ilə rəqabətdə 5-2 hesabı ilə qələbə çalıb və çempion adını qazanıb. 

Kanopolo yarışları Asiya oyunlarında sınaq olaraq həyata keçir və onun nəticələri turnir cədvəlinə daxil edilmir. 

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

İranın idman karvanı indiyədək 17 qızıl, 16 gümüş və 16 bürünc və bütövlükdə 49 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

Şərh yaz


Məxfi kod
Yenilə