Bazar ertəsi, 27 Avqust 2018 22:16

İranın idman karvanı Asiya oyunlarında 17-ci qızıl medalı qazanıb

İranın idman karvanı Asiya oyunlarında 17-ci qızıl medalı qazanıb

İranlı idmançı 3 min metrə maneələrlə qaçışda Asiya oyunlarında İranın 17-ci qızıl medalını qazana biliibdir.

3 min metrə maneələrlə qaçış yarışları bu gün axşam keçirilib və İran nümayəndəsi Hoseyn Keyhani 8 dəqiqə 22 saniyə göstərici ilə yarışların qızıl medalını qazanıb.

İranlı idmançı bu göstərici ilə yarışdığı idman növündəki rekordu təzələyibdir. Bundan öncə rekord bəhreynli Tariq Muhəmməd Tahirə aid idi.

Həmçinin iranlı karateçi Zəbiullah Porşeyb 84 kiloqramdan aşağı çəki dərəcəsində iordaniyalı rəqibini məğlub edərək, bürünc medal qazanıbdır.

İranın idman karvanı indiyədək 17 qızıl, 15 gümüş və 15 bürünc və bütövlükdə 47 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

Şərh yaz


Məxfi kod
Yenilə