Çərşənbə axşamı, 28 Avqust 2018 20:13

İranlı ağırlıqqaldıranlar Asiya Oyunlarının qızıl və gümüş medalçıları olublar

İranlı ağırlıqqaldıranlar Asiya Oyunlarının qızıl və gümüş medalçıları olublar

İranlı idmançılar Behdad Səlimi və Səid Əli Hoseyni 2018-ci il Asiya oyunlarının 105 kiloqramdan yuxarı çəki dərəcəsində müvafiq olaraq, qızıl və gümüş medal qazanıblar.

İranın superağır ştangisti Behdad Səlimi bu gün 2018-ci il Asiya oyunlarının davamında bir hərəkətdə 208 və iki hərəkətdə 253 kiloqramlıq ağırlığı qaldırıb, bütövlükdə 461 kiloqramlıq nəticə göstərərək, yarışların qızıl medalını qazanıbdır.

İranın digər superağır ştangisti Səid Əli Hoseyni də 105 kiloqramdan yuxarı çəki dərəcəsində bir hərəkətdə 208 və iki hərəkətdə 248 kiloqramlıq ağırlığı qaldırıb, bütövlükdə 456 kiloqramlıq nəticə göstərərək, yarışların gümüş medalını qazanıbdır.

İranın kamanla oxatma komandası kampond növündə də 2018-ci il Asiya oyunlarının bürünc medalını əldə edibdir.

Beləliklə, İranın idman karvanı indiyədək 16 qızıl, 15 gümüş və 14 bürünc və bütövlükdə 45 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə